Hansı qan qrupunda immunitet güclü olur?

  • 2020.12.25 17:05
  • 7867 Baxış
Hansı qan qrupunda immunitet güclü olur?

Alimlər qan qrupuna görə immunitetin zəif və ya möhkəm ola biləcəyini açıqlayıb.


Medicina.az xəbər verir ki, ikinci qan qrupundan olan insanların virus infeksiyalarına daha tez yoluxduğu sübut olunub.

Klinik tədqiqatlarda A (II) qrup qan daşıyıcısı olan donorların 50%-də interferonların hasili kəskin aşağı idi. İnterferonlar virus infeksiyaları zamanı immunitet tərəfindən hasil olunur və orqanizmi müdafiə edir.

Lakin I, III, IV qan qruplarında interferonlar daha yaxşı və çox sintez olunur.

Bu baxımdan ən güclü qan qrupu IV qrup olub. 92% halda bu insanlarda interferon zülalı yüksək səviyyədədir.
Növbəti yerdə isə III qrup gəlir.

Qeyd edək ki, III qan qrupundan olan insanların koronavirusu daha yüngül keçirdiyi də bildirilir.