Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı qida şəkər xəstəliyini 45% artırır?

  • 2023.10.16 15:34
  • 1941 Baxış
Hansı qida şəkər xəstəliyini 45% artırır?


Honkonq universitetinin alimləri diabet riskini 50%- ə qədər artıran gündəlik istifadə edilən qidanı tapıb.

“Medicina” xəbər verir ki, 70 elmi tədqiqatın təhlili 6 milyon insanı əhatə edib. Onlar ABŞ, Fransa, Almaniya, Çin, Afrikada yaşayan əhalidən idi.

Tədqiqat qrupu gündə 50 qram emal edilmiş, 100 qram təzə ətin və ətdən qidanın orqanizmə təsirinə diqqət yetirib.
Nəticələr göstərib ki, qırmızı ətdən yeməyin hər gün qəbulu ürək-damar və diabet xəstəliyi yaradır.

Gündə 50 qram qırmızı ət ürək xəstəliyini 25%/, diabeti isə 2 dəfə çox, 45% artırdığı sübut olunub.

Ətin daha az təsiri Şərq, Asiya ölkələrində müşahidə olunub, orda daha çox taxıl və tərəvəzlər yeyilir.

Belə ki, qırmızı ətə görə diabetin inkişafı Qərb ölkələrində 1,51, Şərqdə isə 0,96 təşkil edib.

Alimlər qırmızı əti rasionda azaltmağı tövsiyə edir.

Aygün Musayeva