Hansı tip insultdan bərpa olmaq mümkün deyil?

  • 2024.01.10 21:02
  • 555 Baxış
Hansı tip insultdan bərpa olmaq mümkün deyil?


Bəzi tip insultlar var ki, reabilitasiyadan sonra bərpa olmaq mümkünsüzdür.


“Medicina” xəbər verir ki, terapevt Aleksey Jito 2 tip insultdan hansının daha fəsadlı olduğunu açıqlayıb.

“Bu ikisinin müalicəsi də fərqlidir.
Hətta bu xəstələrin müalicəsi bir-birinin əksidir.

İşemik insult arteriyada tromb səbəbindən olur. Bu zaman beynin qanla təminatı pozulur. Damar trombla tıxanır, həmin hissədə beyin hüceyrələri ölür.

İşemik insult vaxtında müalicəyə alınarsa, uğurla nəticələnir, xəstə hətta əvvəlki həyata qayıdır. Daha çox yaşı 50-ə qədər olan xəstələr sağala bilir.

Hemorragik insult – damarın partlaması və beyin toxumasına qansızma deməkdir. Əgər anevrizma beyin damarında baş verirsə, mərkəzi sinir sisteminin funksiyası pozulur. Beyin qan laxtalarına məruz qalır, beynin hipoksiyası baş verir. Bu tip insultdan sonra bərpa olmaq demək olar, mümkünsüzdür.

Hemorragik insultdan ölüm daha yüksək olur. Ona görə hemorragik insultun profilaktikası, düzgün diaqnoz vacibdir”.

Aygün