Koronavirus necə yarandı, hansı vaksin daha yaxşıdır?- Professor Azərbaycanidən TƏHLİL

  • 2021.03.16 18:21
  • 9585 Baxış
Koronavirus necə yarandı, hansı vaksin daha yaxşıdır? - Professor Azərbaycanidən TƏHLİL

Pandemiya 2024- cü ilə kimi davam edəcək


Dünyanı cənginə alan koronavirus pandemiyası barədə bir çox alimlər, professorlar elmi əsaslandırılmış məlumatlar çatdırır.

Əslən Cənubi Azərbaycandan olan, Almaniya “Beynəlxalq Humanitar Tibbi yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycani pandemiya başlayandan Azərbaycan oxucularına öz təhlil və müalicə sxemlərini təqdim edir

Ötən bir il özü də koronavirusa yoluxub sağalan professor artıq peyvənd olunub.
Onun Azərbaycanın seçdiyi peyvəndə fərqli münasibəti var.

Medicina.az Ağabəy Azərbaycanın pandemiya, peyvəndlər və yeni çıxan dərmanlar barədə geniş təhlilini təqdim edir.

Koronavirus süni yaradılıb


Zoonoz virus infeksiyalarının normalda təkamül yolu və insana keçməsinə kimi mutasiya olunmasına 800 il vaxt lazımdır.
Koronavirus özü ötən əsrin 30-cu illərində ilk dəfə tapılıb. Toyuq-cücələrdə bronxit virusu kimi aşkarlanıb, lakin dəqiq nə virus olduğunu bilməyiblər, elə bronxit virusu kimi də qeyd ediblər.

1968-ci ildə alimlər virusun adını Koronavirus qoydu, çünki virusun üzərində taca bənzər lipid çıxıntılar var idi.
Lakin o indi yayılan koronavirus deyil, təbii idi.

2002-ci ildən daha dəyişik Ebola, donuz qripi, SARS xəstəliyi çıxdı. SARS kopronavirusun əslidir, insana keçir, pnevmoniya yaradır, amma belə sürətlə yayılmırdı. Məhz bu SARS virusun üzərində işləyərək, laboratoriyada güclü, silah rolunu oynayacaq yeni SARS kovid virusunu yaratdılar. İndiki virusun 78% SARS-dır, 22% dəyişik virus və bakteriyalardır

Bunun üzərində 50 ildir iş gedir.
Dəqiq fakt var ki, Səddam Hüseyn generalları ilə müşavirədə demişdi ki, Amerika bizi virusla təhdid edir. Əgər təslim olmasanız, sizi koronavirusla məhv edəcəyik.
Sual olunur: Səddam Hüseyn bu virusu hardan bilirdi?

Çin Avropa və Amerika kimi texnoloji üstünlüyə malik super güclü dövlət olmaq istəyir. Lakin onlar Avropa kimi işlərində dəqiq və qabaqcıl deyil. Ona görə də səhvə yol verdilər və virus laboratoriyada əllərindən kənara çıxdı.
Yuhanda belə bir virusun hazırlanmasını Amerika bilirdi, hətta vəsait də ayırmışdı. Amma təhlükəsizlik məsələsində Çinə arxayın olmamalı idi.

Çin Kommunist ölkəsidir, onlar informasiyanı gizlədir, saxtalaşdırıb və koronavirusla bağlı çox yalan informasiya veriblər.

Yuhan laboratoriyasında 1000 nəfərdən çox adam işləyir. Orda ilk vaxtlar birinci doktorlar, laboratoriya işçiləri yoluxmuşdu, dəqiq yoluxma tarixi bilinmir. Çin dövləti doktorları susdurub, hətta informasiya sızdıranları öldürüblər.
Nəhayət virus ölkədə insanlar arasında yayılmağa başlayanda, ÜST-ə bu barədə məlumat verdilər.
Bəzi ölkə rəhbərləri, kəşfiyyatı bunu öncədən bilirdi.

Ona görə 2019-cu ildən virusun əsas dərmanları yoxa çıxdı. “Bayer” firmasının istehsal etdiyi koronavirusa qarşı təsirli dərmanı Amerika keçən ilin əvvəlindən alıb ehtiyat yığmışdı. Buna görə də insanlar yoluxdu, müalicə ala bilmədi və həyatını itirdi. Keçən ilin may ayına kimi virusun müalicəsi üçün lazım olan dərmanlar tapılmadı.

Əslində, bu virusun çox sadə müalicəsi var. İndi peyvəndləmə başlayıb. Hər kəs peyvənd vurdura bilmir. Hələ çox ölkələr vaksinsiz qalacaq, axı yoluxanları sağaltmaq lazımdır.

Koronavirus hələ 2024-cü ilə kimi dünyada olacaq. Ona görə nəhəng dərman şirkətləri həm peyvəndlər hazırlayır, həm yeni dərmanlar istehsal edir.




Hansı vaksin etibarlıdır?
Vaksinlərin fərqləri


Hazırda dünyada müxtəlif ölkələrdə 7 vaksin insanlara vurulur və ÜST tərəfindən icazə alıb.

• Amerikanın AstraZeneca peyvəndi viral vektordur, ən birinci bu peyvənd icad edilib. 62-90% effekt verir, ucuzdur, temperaturu da uyğundur. 2 dəfə vurulmalıdır.

AstraZeneca 18-65 yaş arası xəstələrə vurulmalıdır. 60 yaşdan yuxarı insanlara uyğun deyil. Uşaqlara peyvənd vurulmur. Amma Amerikada bəzi insanlar uşaqlarına da qorxudan bu peyvəndi vurdurub və səhv ediblər.

• Moderna vaksini - RNA – virusun bir qismini özündə birləşdirən vaksindir. 95% effektivliyi var, cavan,yaşlı hər kəsə vurula bilər. 8-12 ay orqanizmdə antiteli qalır. mənfi 20 dərəcə temperaturda saxlanmalı, daşınmalıdır. Ən bahalı vaksindir.

• Almaniyanın Pfizer peyvəndi ən effektiv peyvənddir. 95% effektivliyi var. RNA virusun genetik kodlu vaksindir. 2 dəfə vurulur. Bir çatışmazlığı var ki, mənfi 70 dərəcə temperaturda saxlanmalıdır. 2 dəfə vurulur. Hazırda Avropada bu peyvənd tətbiq edilir. Yaxşı olardı ki, Azərbaycanda da bu peyvənd olunardı.

• Rusiyanın Sputnik V peyvəndi də pis deyil. Viral vektor əsaslıdır. 92% effektivdir. 6 ay bədəndə qalır. Temperatur şərti yaxşıdır, quru şəraitdə saxlanmalıdır. Qiyməti də yaxşıdır. MDB dövlətləri çoxu bu vaksini alır. Hesab edirəm ki, Azərbaycan da bu peyvəndə alsa pis olmaz.

• Çinin Sinovak vaksininin cəmi 50-78% qoruyuculuğu var. 2 dəfə vurulmalıdır. Antitelləri 3-5 ay orqanizmdə qalır. Mənfi temperatur tələb olunmur. Qiyməti heç də ucuz deyil. Mutant viruslara qarşı dayanıqlığı bilinmir.

• Amerikanın Johnson and Johnson peyvəndi daha ümidvericidir. Soyuq mənfi temrepaturda saxlanmağa ehtiyac yoxdur, cəmi 1 dəfə vurulur. Effektivliyi 98%-dir.

Avropa və Amerikada yaşa uyğun ayrı-ayrı peyvəndlər vurulur. Məsələn, mənim qızımın 40 yaşı var ona AstraZeneca vurulub. Anasına isə Almaniyanın Pfizer peyvəndi olundu.

Hazırda 39 yeni vaksin üzərində iş gedir, onlar da yavaş-yavaş çıxacaq.

Amma bir məqam var ki, birinci dəfə hansı vaksini vurdurduzsa, ikinci dəfə də və gələcəkdə də gərək o vaksini vurasız. Başqa vaksin vurdurmaq olmaz
Çünki vaksinləri qarışdırmağın təsiri, əks təsiri hələ bilinmir