Hava dəyişəndə təzyiq oynayarsa...

  • 2023.05.16 14:52
  • 1464 Baxış
Hava dəyişəndə təzyiq oynayarsa...
İnsanın təzyiqi atmosfer təzyiqindən asılıdır. Bununla mübarizə aparmaq üçün tibbi göstərişlər var.


“Medicina” xəbər verir ki, həkim Aliksey Jitonun sözlərinə görə, hər hansı kəskin atmosfer dalğalanmaları xüsusilə ürək-damar xəstəlikləri (qan təzyiqinin qalxması və ya düşməsi, oynaqlarda, ürəkdə ağrılar hiss olunur və s.) olan insanlar üçün problem yaradır.


Nəinki yüksək, hətta aşağı təzyiqi olanlar da əziyyət çəkir.

Kifayət qədər maye qəbul edin (təbii şirələr, su, çay və s.). Bu, bədəndəki təzyiqi tarazlaşdırmağa və hava dəyişikliklərinin mənfi təsirlərini azaltmağa kömək edəcək.


Təzyiq düşməsi tez-tez aclıq hissi yaradır. Ancaq bu, həddindən artıq yeməyə səbəb ola bilər. Yeməklər arasında qəlyanaltı etmək istəyi varsa, meyvə və tərəvəzlərə üstünlük verin.

Otağı havalandırın. Qan təzyiqini normallaşdırmaq üçün bədənin təmiz hava alması vacibdir. Mümkünsə, tez-tez gəzintiyə çıxın, hərəkət edin, bu da qan təzyiqini normallaşdırmağa kömək edir.

Aynurə Məmmədova