Hava dəyişir, yağışlar başlayr

  • 2022.09.13 18:26
  • 569 Baxış
Hava dəyişir, yağışlar başlayr

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-ü gündüzdən 15-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 14-dən 15-i səhərədək bəzi yerlərdə qısamüddətli yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda isə yağışın leysan xarakterli olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.