Hava ilə bağlı XƏBƏRDARLIQ

  • 2026.02.07 18:00
  • 77 Baxış
 Hava ilə bağlı XƏBƏRDARLIQ


Fevral ayının 8-i və 9-u tarixlərində ölkənin bir sıra regionlarında
proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edilib.

Medicina..az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Lerik və Yardımlı rayonlarında qərb küləyinin əsməsi gözlənilir.

Həmin ərazilərdə küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

medicina.az