Hava kəskin dəyişir: Temperatur 10 dərəcə enəcək

  • 2022.02.03 16:53
  • 2244 Baxış
Hava kəskin dəyişir: Temperatur 10 dərəcə enəcək

Bakıda və Abşeron yarımadasında fevralın 5-də arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 4-ü axşam qərb rayonlarından başlayaraq 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.