Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Havalar kəskin istiləşdi, diabet xəstələri üçün vacib cihazlar sıradan çıxdı

  • 2024.07.10 16:36
  • 1047 Baxış
Havalar kəskin istiləşdi, diabet xəstələri üçün vacib  cihazlar sıradan çıxdı
Diabet xəstələrinin istifadə etdiyi davamlı qlükoza monitorinqi (CGM) cihazlarının Kiprdə isti səbəbindən sıradan çıxdığı bildirilir.

Medicina.az xəbər verir ki, bu barədə Kipr Diabet Assosiasiyası xəbərdarlıq edib.

Bildirilib ki, bu cihazlar həddindən artıq temperaturlara tab gətirmək üçün nəzərdə tutulmayıb.

"İyun ayından, xüsusən də temperaturun 40 dərəcədən yuxarı qalxdığı vaxtdan etibarən diabet xəstələrindən CGM-lərin qeyri-dəqiq göstəriciləri ilə bağlı şikayətlər alırıq", - deyə assosiasiyanın baş təşkilatçısı Antonis Mavridis bildirib.

Onun sözlərinə görə, həddindən artıq isti yüksək rütubətlə birləşərək sensorların nasazlığına səbəb olur.

Mavridis əlavə edib ki, assosiasiya isti havalarda CGM-dən istifadəyə dair tövsiyələr dərc edib.

"35 dərəcədən yuxarı temperaturda cihazı birbaşa günəş işığından və istidən qorumaq lazımdır. Həmçinin onu köynəyin qolu ilə örtmək olar ", - Mavridis deyib.

Qeyd edək ki, assosiasiya əvvəllər belə bəyanatlarla çıxış etməyib.


Aysel