Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Havanın pisləşəcəyi barədə - XƏBƏRDARLIQ

  • 2017.09.26 13:02
  • 18409 Baxış
Havanın pisləşəcəyi barədə  -  XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Medicina.az-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında sentyabrın 27-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 13-17, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.  


Tibbi-meteoroloji proqnoz:


Sentyabrın 27-28-də Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, temperaturun aşağı enəcəyi, arabir güclənən mülayim küləkli və yağışlı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.