Sinusitin (haymoritin) müalicə və profilaktikasında biotənzimləyici terapiya
 Fəsil dəyişməsi, havaların soyuması bir çox xəstəliklərin, o cümlədən yuxarı tənəffüs yollarının xəstəliklərinin baş qaldırmasına səbəb olur. Bu problemlər ağır fiziki yüklənmələrə məruz qalan idmançılarda daha aktualdır. Həyat keyfiyyətini aşağı salan, məşqlərə əngəl törədən xəstəliklərdən biri də sinusitdir. Sinusit—burun ciblərinin selikli qişasının iltihabıdır, burnun tutulması, ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, baş ağrıları kimi  simptomlarla müşayiət olunur. Xəstəlik ilkin olaraq əsasən virus mənşəli olur, bakterial fəsadlaşma sonradan ikincili olaraq baş verir. Sinusit həmçinin, allergik mənşəli ola bilər. 
Erkən, xəstəliyin ilkin mərhələsində  başlanmış müalicə prosesin xroniki formaya keçməsinin qarşısını alır. Lakin  xəstəliyin müalicəsində istifadə olunan kimyəvi preparatlar pasiyentin vəziyyətini dərhal yaxşılaşdırsa da,  bir sıra əlavə təsirlərlə xarakterizə olunurlar. Geniş istifadə olunan antibiotiklər, antihistamin, ödeməleyhinə  və digər preparatlar burunda quruluq, ürəkdöyünmə, bağırsaq disbiozu, uzunmüddətli istifadədə öyrəşmə sindromu yaradırlar.                                                                        
Burnun selikli qişasının və əlavə ciblərinin iltihabi və allergik xəstəliklərinin  müalicəsində kompleks biotənzimləyici preparatlar olan Euphorbium compositum +Engystol+Echinacea compositum cosmopleks uğurla  istifadə olunur.  
Euphorbium compositum təbii tərkibli biotənzimləyici preparatdır. 
Preparatın  8 komponenti:  Euphorbium, Luffa operculata, Mercurius bijodatus, Hepar sulfuris, Argentum nitricum,  Pulsatilla preparatın
 -antibakterial
- virusəleyhinə                                                                                                                                     
- antiallergik 
-immunomodulyasiyaedici                                                                                                                                  təsirini təmin edirlər. 
Euphorbium compositum iltihabı aradan qaldırır, virusəleyhinə təsir edir, selikli qişaları  bərpa edir. Preparatın bu təsirləri bir çox elmi tədqiqatlarla sübut olunmuşdur.   Preparat sprey formasındadır, gündə 2-3 dəfə buruna püskürdülür. Bütün yaş qruplarında istifadə oluna bilər. Uzunmüddətli istifadəsi öyrəşmə yaratmır, əksinə, bu zaman onun terapevtik effekti artır.
Engystol
• Qranulositlərin faqositar aktivliyini modulə edir
• İnterferon sintezini modulə edir
• Virusların replikasiyasını inhibə edir
Euphorbium compositum
  • Virus və bakteriya  əleyhinə təsir göstərir
• Burnun zədələnmiş selikli qişasını bərpa edir
• Epitelin baryer funksiyasını gücləndirir
• Yerli immuniteti gücləndirir
• Burun və burunətrafı ciblərdə iltihabı aradan qaldırır
• Sekretin xaric olmasını asanlaşdırır
• Burun tənəffüsünü asanlaşdırır
• Allergiya əleyhinə təsir göstərir
Aygün
Medicina.az