Hazırda yoluxanlar 3 kateroqiya insanlardır - İnfeksionist sadaladı

  • 2021.11.05 18:16
  • 1766 Baxış
Hazırda yoluxanlar 3 kateroqiya insanlardır -  İnfeksionist sadaladı
Hazırkı dalğada yoluxanları 3 kateqoriyada qruplaşdırmaq olar. Bu gün yoluxanlar arasında gənclər daha çoxdur.

Medicina.az xəbər verir ki, rusiyalı infeksionistlər kimlərin bu ərəfədə daha çox yoluxmasına aydınlıq gətirib.

“İndi ən vacib məsələ kimlərin xəstələndiyini dəqiqləşdirib, o istiqamətdə tədbirlər görməkdir. Xəstəxanalara daxil olan xəstələrin anketini incələdikdə deyə bilərəm ki, 3 qrup insan yoluxur.

1- Heç vaksin olunmayanlar, bunlar əsasən gənclərdir, ona görə budəfəki dalğa onları tutdu. Kİmsə onları inandırıb ki, cavan olduqları üçün virus onları öldürməyəcək, ona görə vaksinə ehtiyac yoxdur

2- Uşaqlar, məktəblilər və yeniyetmələr

3- Ya pandemiyanın əvvəlində virusun köhnə ştammına yoluxanlar və ya 6-8 ay əvvəl peyvənd olunanlar və qanında antitellər tamam itənlər – deyə infeksionis Jqunov bildirib.