Həbsdə olan Hollivud prodüseri koronavirusa yoluxub

  • 2020.03.23 09:24
  • 1287 Baxış
Həbsdə olan Hollivud prodüseri koronavirusa yoluxub
Həbsdə olan tanınmış Hollivud prodüseri Harvey Vaynştayn koronavirusa yoluxub.

Medicina.az xbər verir ki, Nyu-Yorkun İslaha Nəzarət və Polis Yardımsevərliyi Assosasiyasının Prezidenti Maykl Pouver Harvey Vaynştaynın karantinə alındığını bildirib.

Hazırda Vaynştaynın Buffalo yaxınlığındakı Vende həbsxanasında olduğu deyilir. Produserin vəkili İmran Ansari bildirib ki, bu barədə onlara məlumat verilməyib: "Vaynştaynın sağlıq problemlərini nəzərə alaraq bu xəbər bizi çox narahat edir və vəziyyəti yaxından izləyəcəyik".