Həddən artıq duru qanın 4 əlaməti - Təhlükəsi

  • 2022.08.01 15:55
  • 4340 Baxış
Həddən artıq duru qanın 4 əlaməti  - Təhlükəsi


Nəinki qatı qan, həmçinin çox duru qan da sağlamlıq üçün təhlükəlidir. Əgər qatı qan tromb yaradırsa, duru qan da qansızma, damar partlama və qanama riski yaradır.


Bakupost.az qanın normadan artıq duru olmasının 4 əlamətini təqdim edir.


Həkimlər duru qandan o halda ehtiyat edirlər ki, trombositlərin sayı normadan çox aşağı düşür. Buna trombositopeniya deyilir.
Qan o vaxt duru olur ki, onda maye, su həddən artıq çox olsun. Bu zaman bədəndə ödem yaranır, təzyiq qalxır.

Qanın duru olmasının əsas əlamətləri:


- Bədəndə heç bir zərdə olmadan naməlum göyərmələr, qançırların yaranması, bunlar qolda, ayaqda iri sahəli göyərmələrdir
- Qanaxmaya meyillirik- damaq, diş dibi, burundan səbəbsiz qanaçılma, qadınlarda güclü menstruasiya

- Petexiyalar - dəridə, bədənin səthində çoxlu sayda bənövşəyi nöqtələr əmələ gəlir

- Yorğunluq, halsızlıq - yuxu və istirahətə baxmayaraq, insan daim əzgin olur. Qanazlığı hiss edilir

Əgər bu əlamətlər varsa, mütləq qanın analizi verilib, trombositlərin sayına diqqət yetirmək lazımdır.