Hədəfli biopsiya texnologiyasına start verildi - DTX Hospitalında yenilik-FOTO

  • 2026.04.08 23:26
  • 230 Baxış
Hədəfli biopsiya texnologiyasına start verildi -  DTX Hospitalında yenilik-FOTO

DTX Hərbi Tibb Baş İdarəsi, Hərbi Hospitalının “Böyrək Xəstəlikləri və Orqan Transplantasiyası” şöbəsi daha bir yeniliyə imza atıb .

Medicina.az xəbər verir ki , t.e.d. Rəşad Şolanın rəhbərliyi altında “ARTEMİS - MR FUSİON PROSTAT BİOPSİYASI” cihazı ilə tibbin son nailiyyətlərindən hesab olunan hədəfli biopsiya texnologiyasına start verilib.

Bununla da prostat xərçənginin diaqnozu daha erkən mərhələdə və dəqiq qoyulur.

Qeyd etmək lazımdır ki, ARTEMİS cihazında xüsusi proqram təminatı ilə prostatın multiparametrik maqnit-rezonans tomoqrafiya görüntüləri ultrasəs görüntüləri ilə birləşdirilib prostatda bəd xassəli hədəf təyin edilir və bu ocaqdan biopsiya götürülür.
ARTEMİS sistemi prostat xərçəngi ilə mübarizədə geniş üfüqlər açan bir texnologiyadır.


Hədəfli biopsiya texnologiyasına start verildi -  DTX Hospitalında yenilik-FOTO