Həftədə 40 saatdan artıq işləyənlərdə depressiya yaranır - Alimlər

  • 2022.10.21 16:06
  • 1688 Baxış
Həftədə 40 saatdan artıq işləyənlərdə depressiya yaranır  - Alimlər


Gənclərdə və ofis işçilərində depressiyanın bir səbəbi də normadan artıq iş saatıdır.


"Medicina" xəbər verir ki, stresli işdə əlavə olaraq iş saatlarının da artıq olması depressiyanı 2 dəfə artırır.
Bu nəticəyə Miçiqan universitetinin alimləri gəlib.

Qeyd olunub ki, həftəlik norma hesab olunan 40-45 saatdan artıq iş saatı depressiyanı 2-3 dəfə yüksəldir

Bəzən gənclər işdə həftədə 60-70 saat vaxt keçirir, əlavə iş saatları işləyir, ikinci növbə iş düşünür.

Amma işə nə qədər çox saat sərf edirsizsə, depressiya simptomları şkala üzrə bir o qədər yüksəlir.

Çox işləyənlərdə bu və ya digər formada psixi pozulmalar diaqnoz olunur, iş o həddə çatır ki, onlara professional müalicə laızm olur.

Xüsusən həkimlərdə və gecə növbəsi çalışanlarda yorğunluq və depressiya daha çox rast gəlinir.

Hansı növbədə necə işləyirsizsə işləyin, həftəlik 40-45 saatı aşmayın.

Aygün Musayeva