Həftənin 6 günü işləmək ürəyə ziyandır

  • 2023.05.31 16:58
  • 1325 Baxış
Həftənin 6 günü işləmək ürəyə ziyandır
6 günlük iş həftəsi ürək və psixikaya mənfi təsir edir.


Həftədə altı gün fasiləsiz işləyərkən, insan psixi problemlər və bədənin bioritmlərində pozğunluqlar əldə edir və şəxsi həyatda çətinliklər də yarana bilər.


“Medicina” xəbər verir ki, psixoloq Yevgeni İdzikovskinin sözlərinə görə, insanlar tez-tez yorğunluq və tükənmişlik problemləri ilə psixoloqlara müraciət edir. Çoxları bunu hansısa bir xəstəlik kimi qəbul edir. Bu da 6 günlük iş həftəsi ilə çalışan insan qrupuna aiddir.

Nəticələr isə düşündüymüzdən də pisdir.

1.Yorğunluq və həddindən artıq yüklənmə. Sağalmaq və istirahət etmək üçün vaxtın olmaması enerjinin azalmasına, xroniki yuxululuğa və stress riskinin artmasına səbəb ola bilər. Bu vəziyyətdə depressiya qaçılmazdır.


2.Yuxu azlığı nəticəsində bioritmlər pozulur. Gecələr kifayət qədər yuxu almamaq konsentrasiyaya, beyin məhsuldarlığına və ümumi rifahınıza təsir edir. İşdən sonra digər işləri görmək – qonaq getmək, əylənmək, gəzmək həvəsi tamamilə sönür. İşdən sora yalnız istrahət, uzanmaq və ya yatmaq istəyirsiniz və sabah yenidən işə qayıdırsız.

3. Sosial təcrid və şəxsi həyat üçün vaxtın olmaması. Altı günlük həftədə işləmək ailə və dostlara lazımi diqqət yetirməyə imkan vermir. Bu da ümumi rifahınıza və psixoloji vəziyyətinizə mənfi təsir göstərəcəkdir.

4. Ürək və psixi sağlamlıq. Uzun iş saatları yüksək qan təzyiqi, ürək xəstəliyi və insult kimi ürək-damar xəstəliklərinin inkişaf riski ilə daha da artır. Bu da depressiya və narahatlıq pozğunluqlarına səbəb olur.

5. İşdə səhvlərə daha çox yol vermək riski artır və məhsuldarlıq azalır. Əgər işə görə bədən və zehniniz həddən artıq yüklənirsə, o zaman rəhbərin sizdən məhsuldar fəaliyyət gözləməi ehtimalı azdır.

Göründüyü kimi həm məhsuldarlıq həm sağlamlıq risk altına düşür. Beş günlük iş rejimi insan üçün daha səmərəli hesab edilir.

Günay Quluzadə