Həftənin ən stresli günü- Bazar ertəsi sindromu

  • 2023.07.14 16:08
  • 1547 Baxış
Həftənin ən stresli günü - Bazar ertəsi sindromu
Bir çox insanlar üçün bazar ertəsi narahatlığı bazar günündən başlayır, digərləri üçün isə həmin gün ərzində görünür. Hər iki halda da stressi nəyin tətiklədiyini başa düşmək vacibdir.


“Medicina” xəbər verir ki, psixoloq Nikita Prilepskinin sözlərinə görə, “müşahidə dəyişmək üçün ilk açardır.

“Birinci halda, sizi narahat edən fikirləri görməyə başlamaq vacibdir. Diqqətinizi indiki anda sabah haqqında düşünməkdən fiziki hisslərimizə yönləndirin.

Bundan sonra, bu düşüncələrdən əvvəl etdiyiniz işləri etməyə davam edin. Bu, stressi azaldacaq və həyat sevincini geri qaytaracaq.

Stressiniz yuxarıda təsvir edilən ikinci variantdakı kimi özünü göstərirsə, o zaman səbr kasanızı nəyin daşırdığını təhlil etmək lazımdır.

Səbəbdən asılı olaraq, ya diqqətinizi yayındırmaq üçün fasilələr verin, ya da hansı fəaliyyətin sizin üçün xüsusilə stresli olduğunu anlayın və mümkünsə, onu minimuma endirin”.

Günay Quluzadə