Həftəsonu yol qəzalarında 16 nəfər ölüb

  • 2023.05.01 11:08
  • 1215 Baxış
Həftəsonu yol qəzalarında  16 nəfər ölüb
Ötən həftəsonu respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Medicina.az -a verilən məlumata görə, şənbə və bazar günləri Azərbaycanda ölümlə nəticələnən 11 qəza baş verib.

Qəzalarda 16 nəfər həyatını itirib, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.