Həkimin dodağına səhv gel vurduğu qızın damağı çürüdü – Üz toxumaları ölür

  • 2019.12.20 17:21
  • 3742 Baxış
Həkimin dodağına səhv gel vurduğu qızın damağı çürüdü –  Üz toxumaları ölür

Gənc qadın dodaqlarını böyütmək üçün filler vurdurduqdan sonra, onun damağı qaralmış və üzünün toxumaları ölməyə başlayıb.


Medicina.az xəbər verir ki, hadisə Şotlandiyanın özəl klinikasında baş verib. Prosedurun ağrısız, zərərsiz olduğu deyilsə də Karen adlı pasiyent iynə vurulan zaman dişlərinin dibinə sanki qolf topu yeridildiyini hiss edir.


Qızın dodaqlarının şar boyda şişdiyini görən həkim də özünü itirir, çünki əvvəllər belə reaksiya ilə rastlaşmamışdı.
Səhəri qızın damağı və dodaqları göyərərək, qaralmağa başlayır. Bu toxumalarda nekrozun başlaması deməkdir.
Müayinələr qızın üzündə olan vena və arteriyaların zədələnib, hematoma yaranmasını aşkarlayır.


Vaxtında ciddi müalicələr təyin olunan qadın xəstəxanaya yatızdırılır. 3 gün də keçsəydi onun üzünün yarısı məhv olacaqdı.