Həkim səhvinin qurbanı olan 4 yaşlı Mirismayılı xilas edək! - MÜRACİƏT-FOTO

  • 2021.09.14 14:50
  • 1535 Baxış
Həkim səhvinin qurbanı olan 4 yaşlı Mirismayılı xilas edək! -  MÜRACİƏT-FOTO
Bakıda düzgün əməliyyat olunmayan 4 yaşlı Mirismayılın köməyə ehtiyacı var.

Bu barədə Medicina.az -a uşağın atası Mirvaleh Ağalarov məlumat verib.


Onun sözlərinə görə, əməliyyatdan sonra sol gözündə ciddi problemlər yaranıb:

“Mirismayıl 2017-ci ildə anadan olub. Gözündə şiş yaranmışdı. Bakıda həkimlərə apardıq, dedilər əməliyyat olunmalıdır. Əməliyyatla kiçik şişi götürdülər. Şiş yoxlanıldı və xərçəngin ən ağır növü olduğu deyildi. Oğlumun dörd yaşı var, kimyəvi terapiya olunsun dedilər. Bir dəfə yanlış diaqnoz qoyuldu deyə, qorxdum, inanmadım. İndi uşağın vəziyyəti ağırlaşıb. Sonuncu dəfə xaricdən gələn həkimlər yoxladı və məlum oldu ki, bu anadangəlmə qüsurdur. Heç onkoloji xəstəlik deyilmiş. Gözündə əlavə bir damar var, o yandırılmalıdır. Bu əməliyyat üçün ölkəmizdə cihaz olmadığı üçün həkimlər Türkiyəni məsləhət gördü.

Xalqın dəstəyi ilə oğlum Türkiyədə əməliyyat olundu. İndi isə o yenidən, yəni üçüncü dəfə əməliyyata girməlidir. İstəmirəm uşağım gözünü itirsin. Maddi vəziyyətim bu əməliyyatı qarşılamağa imkan vermir. Xahiş edirəm imkanlı, xeyriyyəçi şəxslərdən oğluma sağlamlığına qovuşması üçün kömək etsinlər. Hazırda oğlumun yenidən öz sağlamlığına qovuşması üçün 9 min manat civarında pul lazımdır”.

Əlaqə nömrəsi: 055 757 52 42 (Mirvaleh Ağalarov)