Həkimdən üçüncü dalğa ilə bağlı xəbərdarlıq: "Karantin sərtləşdirilməlidir"

  • 24 Fev 2021 12:12
  • 6954 Baxış
Həkimdən üçüncü dalğa ilə bağlı xəbərdarlıq:  "Karantin sərtləşdirilməlidir"

Polşada pandemiyanın 3-cü dalğası elan edilib. Bir çox ölkə artıq 3-cü dalğanın təsirlərindən qorunmaq üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb. Maraqlıdır, pandemiyanın 3-cü dalğası ölkəmizdə də hiss ediləcəkmi?

Medicina.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, yalnız Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın üçüncü mərhələsini elan edərsə, yəni artıq bir neçə ölkədə intensiv artım təkrarlanarsa, bunu üçüncü dalğa kimi dəyərləndirmək olar:

“Təbii ki, o zaman Azərbaycan da qabaqlayıcı tədbirlər görə, karantin qaydaları yenidən sərtləşdirilə bilər. Bu sahədə ən nümunəvi ölkə Böyük Britaniya hesab olunur. Orada epidemioloji vəziyyət daha qənaətbəxşdir. Hesab edirəm ki, üçüncü mərhələ olacaqsa, karantin sərtləşdirilməlidir”.

A.Qeybulla vaksinasiyanın hazırda davam etdiyini və bunun koronavirusdan qurtulmaq üçün daha nikbin olmağa əsas yaratdığını bildirib:

“İnsanlar vaksinasiya olunmalı, social məsafə və maskadan istifadəni unutmamalıdırlar. Bizim artıq bir ilə yaxın bir vərdişimiz formalaşıb, maska geyim atributuna çevrilib. Buna diqqəti artırmaq, sosial məsafə gözləmək lazımdır ki, yeni dalğadan və qapanmalardan qorunaq”.