Həkimdən - Kirayə analıqYENİ TƏKLİF

  • 2017.11.07 13:09
  • 17841 Baxış
Həkimdən  - Kirayə analıq YENİ TƏKLİF
İstəyən hər kəs övlad sahibi ola bilmir. Doğrudur, törəmək yaxşı şeydir. Amma bəzən kişi də, qadın da sağlam olduğu halda övladları olmur. Bu halda çıxış yolu var.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl sosial şəbəkədə paylaşıb.


Onun sözlərinə görə, bu problemdən çıxış yolu surroqat anadır:


"Bəziləri övlad sahibi olmağa mütləq şərt kimi baxır. Amma fikrimcə, övlad sahibi olmaq müqəddəs vəzifə deyil, sadəcə müqəddəs haqdır. Vəzifə ilə haqq arasında prinsipial fərq var. Bir qadın və bir kişi övlad sahibi ola bilmirsə, ortada yüzlərlə səbəb mövcud ola bilər. Belə bir hal düşünün. Kişi sağlamdır. Qadının da yumurtaları sağlamdır. Lakin qadında uşaqlıq anadangəlmə və ya sonradan qazanılmış səbəblərdən hamiləliyi daşıya bilmir. İnanın, belələri Azərbaycanda da minlərlədir. Əlbəttə, buna da çarə var. Mayalanmış bir yumurtanı hansı qadına köçürürsən köçür hamiləlik baş tuta bilər. Mayalanmış yumurta üçün hansı qadının uşaqlığına düşəcəyinin fərqi yoxdur. Burada əsas şərt qadının hamilə qalacaq yaşda və sağlamlıqda, o yumurta köçürülürkən hamilə qalmağa hazır olmasıdır”.

 

Həkim bildirib ki, surroqat ana ilə süd anası arasında heç bir fərq yoxdur:


"Məsələn, 1924-cü ildə Gəncədə bir körpə doğulub, anasının südü gəlmir, ya da anası doğuş zamanı həlak olub. Körpə aclıqdan öləcək mi? Axı o vaxt indiki kimi uşaq qidası yox idi. Əlbəttə ailə o körpəyə süd anası tapacaq. Öz anasının südü və ya özü yoxdursa, ailə başqa süd verən qadından bu körpəyə də süd verməyini istəyəcək. Üzr istəyirəm, prinsip olaraq qadın uşaqlığı ilə məməsi arasında nə fərq var? Mənəvi, qanuni cəhətdən heç bir fərq yoxdur.Azərbaycanda bəzi zatlar qadın uşaqlığının kirayə verilməsinə, yəni surroqat analığa qarşıdırlar. "Milli-mənəvi dəyərlərimizə zidd" imiş, "dinimiz bunu qəbul etməz"miş. Qadının süd vəzini kirayə götürmək olar, islam buna icazə verir, uşaqlığına icazə vermir? Bu insanlar populistdirlər.


Bu insanlar övlad sahibi ola bilməyən kimsələri deyil, ancaq öz reytinqlərini düşünürlər. Çünki bizim cəmiyyətdə surroqat analığa qarşı çıxan insan çoxdur. Ay camaat, süd analığı məfhumu varsa, başqa qadnın uşaqlığından da istifadə etmək olar. Uşağın əsl anası ona süd verən deyil, onu mayalandıran yumurtanın sahibidir. Uşağın əsl anası onu doğan deyil, onu mayalandıran yumurtanın sahibidir.Surroqat analıq humanist bir addımdır”.