Həkimlər üçün sertifikasiya imtahanın qiyməti

  • 2025.11.27 15:54
  • 74 Baxış
Həkimlər üçün sertifikasiya imtahanın qiyməti


“Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası” təsdiqlənib.

Medicina.az bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.


Qərara əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiya imtahanının sınaq imtahanında iştirak haqqının məbləği tibb və ya səhiyyə ixtisasları üzrə ali təhsili olan tibb mütəxəssisləri üçün 35 (otuz beş) manat, orta ixtisas təhsili olan tibb mütəxəssisləri üçün 25 (iyirmi beş) manat təsdiq edilib.

Davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi hər il orta hesabla 50 (əlli) kredit olmaqla 5 (beş) il ərzində minimum 250 (iki yüz əlli) kredit təsdiq edilib.

Bu Qərar qüvvəyə mindiyi günədək sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddəti başa çatmamış tibb mütəxəssisləri minimum 250 (iki yüz əlli) kreditdən hər il üzrə nəzərdə tutulmuş orta illik hesabla 50 (əlli) krediti topladıqda, sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddətinə bir ildən az qalmış tibb mütəxəssisləri 50 (əlli) krediti topladıqda şəhadətnamə əldə etməlidirlər.

MEDİCİNA.AZ