Həkimlərin nəzərinə: Bakıda - I Beynəlxalq Elmi-Praktiki Simpozium

  • 2024.03.26 18:57
  • 407 Baxış
Həkimlərin nəzərinə: Bakıda   -  I Beynəlxalq Elmi-Praktiki Simpozium

20 aprel tarixində "JW Marriott Absheron" otelinin Şərq zalında "XRONİKİ XƏSTƏLİKLƏRİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA" adlı "I Beynəlxalq Elmi-Praktiki Simpozium" keçiriləcək.

"Medicina" xəbər verir ki, simpoziumun spikerləri tanınmış həkim və professorlar olacaq.

Spikerlər:
◾Prof. Fikriyyə İbrahimli- həkim terapevt, tibb elmləri doktoru, professor;
Beynəlxalq Elmlər Akademiyasının (H&E) akademiki, Azərbaycan Tibb Universitetinin professor, Azərbaycanda təsis edilmiş "Bioloji Təbabət və Antihomotoksik terapiya" cəmiyyətinin sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor.


◾Dr.med.Thomas Rauf- Bioloji təbabət üzrə ekspert, Sonnenberg Biomed Mərkəzinin təsisçisi və baş həkimi.

◾Dr.Alessandro Perra- “Guna” Pharmaceuticals şirkətinin elmi direktoru.
◾Dr.Murat Baş- onkoloq, Bütüncül tibb məktəbinin yaradıcısı və rəhbəri.

◾Dr.Arzu Musayeva - terapevt
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi.

◾Dr.Arzu Quliyeva - terapevt
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi.


Tədbir zamanı öz ixtisasları üzrə ekspert-mütəxəssis olan bir sıra yerli və əcnəbi məruzəçilər həm seminar, həm də panellər vasitəsilə təcrübə və biliklərini bölüşəcəklər. Bundan əlavə, iştirakçılar arasında interaktiv sessiyalar keçiriləcək və təqdimatların müzakirəsi aparılacaq.

Qeyd edək ki,simpoziumun spikerlərindən biri- Dr. Tomas Rau Sonnenberg Biomed Mərkəzinin təsisçisi və baş həkimi olmaqla yanaşı həm də
Biotənzimləyici terapiya üzrə dünyaca tanınmış ekspertdir.

Dr. Tomas Rau 1997-ci ildən ABŞ, İsveçrə, Malayziya, Vyetnam və Kiprdə fəaliyyət göstərən tərəfdaş klinikaların inkişafında böyük əməyi olub.

Dr. Rau karyerasının əvvəlindən təbii müalicələrə, xüsusən də homeopatiyaya və qidalanmaya ciddi diqqət yetirib. Xəstələrinin müalicəsində əldə etdiyi uğurlar ona alternativ müalicə üsulları üzrə ixtisaslaşmağa imkan verib. Bunların arasında ortomolekulyar təbabət, Çin və Ayurveda, eləcə də Avropa holistik təbabəti var . Dr. Rau 30 ildən artıq bilik və təcrübəsinə əsaslanaraq özünün holistik müalicə nəzəriyyəsini inkişaf etdirmişdir. Detoksikasiya, qidalanma, həzm və immunitet sisteminin davamlı şəkildə gücləndirilməsi prinsiplərinə əsaslanan həmin nəzəriyyə Dr. Raunun Bioloji Təbabətidir.

Belə bir nəzəriyyəyə və təcrübəyə malik spikerin çıxışından faydalanmaq daha effektli və dayanıqlı müalicə sahəsində sizə geniş imkanlar açacaq.
Tədbirin vaxtı:

10:00-17:30

JW Marriott Absheron" oteli
Qeydiyyat linki üçün bioya keçid edə bilərsiz.

Qeydiyyatla bağlı suallarınız olarsa (051)2359956 telefon nömrəsilə əlaqə saxlamaq mümkündür.