Hepatit və qızılcaya yoluxan qızla bağlı - RƏSMİ

  • 2023.12.09 16:52
  • 1208 Baxış
Hepatit və qızılcaya yoluxan qızla bağlı    - RƏSMİ

TƏBİB şəhid Rahim Tağıyevin qızı Ülkər Tağızadənin iki həftə əvvəl Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin infeksion xəstəliklər şöbəsinə yerləşdirilməsi və xəstəxanada qızılcaya yoluxmasına dair yayılan məlumata münasibət bildirib.

Qurumdan bildirilib ki, 21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb. Xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb:

“05.12.2023-cü il tarixində bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub.


Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir.

Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür.

Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub”.