Hepatitin təbii bitkilərlə müalicəsi - Məşhur həkimdən

  • 18 Dek 2021 16:57
  • 4258 Baxış
Hepatitin təbii bitkilərlə müalicəsi -  Məşhur həkimdən
Hepatit qaraciyər sirrozuna səbəb olan geniş yayılmış virus xəstəliyidir. Müalicəsi çətin olsa da mümkündür.

Medicina.az xəbər verir ki, tanınmış həkim-fitoterapevt Fizuli Hüseynov hepatit C-nin bitkilərlə müalicəsi üçün məcun resepti məsləhət görüb.

Alaqanqal 100 qram
Sarıkök 100 qram
Ud hindi 100 qram
Zəncəfil 50 qram
Çörək otu 100 qram
Bal 2 kq

Bitkiləri toz formasına salıb, balla qarışdırıb, gündə üç dəfə yeməkdən əvvəl 1 dolu çay qaşığı yemək lazımdır.


Həkim bildirib ki, hepatitlərin bir neçə müayinə üsulları var. Məsələn, qanda anticisimlərin tapılması və virusların miqdarı analizi. Bu zaman təşvişə düşməyin və həmin tədbirlərə başlayın:

1. Hər gün 6 km-dən çox gəzin; gəzmək və ya asta qaçmaq lazımdır.

2. Heç bir kimyəvi dərman qəbul etmək olmaz, çünki bu dərmanların toksinlərini qaraciyər və böyrəklər təmizləyir.

3. Qanı saflaşdırmaq, damarları elastikləşdirmək üçün hər 10 gündən bir 10 ədəd zəli qoydurmaq lazımdır. Cəmi 50 zəli, yaxşı olar ki, qaraciyər üstü öndən və arxadan bel fəqərələrinin üstünə qoyulsun.

4. 2 ay müddətində gündə 0.5 litr kefir içmək lazımdır.


5. 2 ay müddətində gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı ud hindi suya və ya bal şərbətinə qatıb içmək lazımdır.

5. Gündə üç dəfə yeməkdən əvvəl alaqanqal toxumu dəmləməsi içmək yaxşı olar. 2 orta xörək qaşığı alaqanqalı 3 stəkan suda

dəmləyib gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içmək lazımdır. 2 ay bundan başqa enginar yarpağı, solmazçiçək, boymadərən dəmləməri də içilməlidir.

"Unutmayın, heç bir dərman vasitəsi virusların içinə girib onu öldürə bilmir, amma immunitet həmişə yüksək olarsa bu viruslar blokadaya alınır və heç bir zərər verə bilməzlər", - deyə F.Hüseynov bildirib.