Hər 3 nəfərdən 1-ində qaraciyər yağlanmasına rastlanılır - Bu şəxslər risk altındadırlar

  • 2021.07.14 12:39
  • 1202 Baxış
Hər 3 nəfərdən 1-ində qaraciyər yağlanmasına rastlanılır -  Bu şəxslər risk altındadırlar
“Hər 3 nəfərdən birində qaraciyər yağlanmasına rastlanılır”.

Medicina.az xəbər verir ki, bunu türkiyəli professor Onur Yaprak deyib.

“Yağlanma irəliləyib iltihab və qaraciyərdə sərtləşməyə yol açarsa insanda əvvəlcə yorğunluq və halsızlıq, sağ qarın bölgəsində toxluq hissi ilə özünü göstərir. Qaraciyər yağlanmasının ən çox rastlanılan insanlar artıq çəki, yüksək təzyiq, xolesterol və diabet xəstəliyindən əziyyət çəkənlərdir. Bu insanların 80 faizində qaraciyər yağlanmasına rast gəlinir. Buna görə də qan təhlilləri və radioloji üsullarla bunu araşdırmaq lazımdır. Qan analizləri olaraq AST, ALT, GGT testləri verilməlidir. Eyni zamanda, yağlanmağa yol açan insulin dirənci üçün HOMA-IR və aclıq qan şəkəri, xolesterol və triqliserid də yoxlanılmalıdır. Qaraciyər yağlanmasından əziyyət çəkənlər bədən ağırlığının 10 faizini verəcək diet ve idman proqramlarına keçməlidirlər. Karbohidratla zəngin məhsullar, fastfood, doymuş yağ tərkibli qidaları azaltmaq lazımdır. Axşam 7-dən sonra yemək yeməməlisiniz. Gündə ən azı 1 saatlıq gəzintiyə çıxmaq lazımdır”.