Hər adama kök şirəsi içmək olmaz – Zərəri

  • 2023.11.20 17:58
  • 1178 Baxış
Hər adama kök şirəsi içmək olmaz  – Zərəri


Kök şirəsinin həm uşaqlara, həm böyüklərə faydası sübut olunub və ən populyar tərəvəzdir.

Amma çox az adam bilir ki, çiy kök və şirəsini çox qəbul etmək bəzi xəstəlikləri qabarda bilər.

“Medicina” xəbər verir ki, tibb elmləri namizədi İqor Sokolskiy kökdə olan karotinlərin reproduktiv, immun sistem və gözlər üçün faydalı olduğunu bildirib.

“Kökdə çox miqdarda A vitamini var. Bu vitamin isə qaraciyərdə depolanır. Həddən artıq kök yedikdə, qaraciyərin disfunksiyası və karotinoid sarılıq baş verə bilər.

Xəstənin göz ağı, ovucları, dərisi saralır.

Kök şirəsi qastrit, pankreatit və reflüksü kəskinləşdirə bilər.

1 yaşa qədər uşaqlara kök şirəsi verək olmaz, onlarda da sarılıq ola bilər.

Böyüklər üçün sutkalıq doza 100 ml və 100 qramı keçməməlidir”.

Aygün Musayeva