Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

  • 2024.05.14 15:11
  • 900 Baxış
 Hər ayrılqda insanın ürəyi qırılırmı?  -	Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ.

Travma və stresdən sonra “ürəyi qırılanlar, sınanlar” əslində nə yaşayır?

“Medicina” xəbər verir ki, kardioloq Valeria Txorikova “qırılmış qəlb sindromu”nun əlamətlərini açıqlayıb.

“Bu, heç də mif deyil. Bəzi hallarda əsl patologiyadan söhbət gedə bilər.

Tibbdə adı stress-kardimiopatiya, Takoçubo adlanan sindrom güclü emosiyaların intensivliyi nəticəsində yaranır: qorxu, kədər, dərd, hətta xoşbəxtlik.


İntensiv olduqda ürəyin baş hissəsinin yığılıb açılmasını pozur.
Bu zaman ürək kürə, şar forması alır və Yaponiyada balıqçılıqda istifadə olunan Takoçubo adlı kisəyə bənzəyir.

Adətən qadınlarda daha çox rast gəlinir.

Simptomları stenokardiya və infarktdan fərqlənmir: sinədə sıxılma, ağrı, bıçaq sancma hissi, hava çatışmazlığı, tərləmə, təngnəfəslik.

EKQ-də kardiomiopatiya və infarkt eyni cür görünür.

Belə şikayətlər zamanı təcili kardioloqa getmək, müalicə olunmaq lazımdır. Həqiqətəbn “qəlb sındısa” öz-özünə sağalmır.

Stress kardiomiopatiya infarktdan fərqli olaraq, ürəkdə çat, çapıq qoymur.
Ölüm riski də 3 %-dir. Çox vaxt ürək 3 aya müalicə ilə bərpa olur”.


Aygün Musayeva

 Hər ayrılqda insanın ürəyi qırılırmı?  -	Kardioloq açıqladı