Hər gün 2 ədəd bolqar bibəri yeməyə - 5 səbəb

  • 2021.11.16 16:28
  • 3731 Baxış
Hər gün 2 ədəd bolqar bibəri yeməyə -  5 səbəb
Bir ədəd bolqar bibərində 5 portağalda olduğu qədər C vitamini var.

Medicina.az xəbər verir ki, alimlər C vitamini defisiti ilə depressiya və koqnitiv pozuntular arasında əlaqə olduğunu aşkarlayıblar.

C vitamini həm də immunitetin açarıdır.

Əqli funksiyalar C vitamini olmadan zəifləyir.

Ona görə hər gün 2 ədəd bolqar bibəri yemək kifayətdir ki, sutkalıq C vitamini dozası alınsın.

Eləcə də bu bibərdə immunitet üçün digər vacib A vitamini də çoxdur. A vitamini insanı infeksion xəstəlik, viruslardan qoruyur.

Şirin bibər ruhi sağlamlıq, əhval-ruhiyyə üçün vacibdir. Çünki o B6 vitamini ilə zəngindir. Bol

Bolqar bibəri real olaraq depressiyanı azalda bilər.

Qırmızı bolqar bibərində kapsantin maddəsi var, o çili bibərində də olur. Bu maddə piyləri yandırmağa və arıqlamağa kömək edir.

Eləcə də bibər qanda şəkəri salır, xolesterini azaldır, deməli, şəkər və təzyiq xəstələri üçün də vacibdir.