Hər gün baş yumaq olarmı? - Zərəri, faydası

  • 2022.11.15 18:05
  • 2152 Baxış
Hər gün baş yumaq olarmı?  - Zərəri, faydası


Əgər saçları, başı hər gün yusanız, nə baş verər?

Belə bir fikir yayılıb ki, şampun və su, xüsusən isti su saçları və baş dərisini zədələyir.


"Medicina" xəbər verir ki, dermatoloq, trixoloq Yiliya Sokolova baş yumaq barədə miflərə aydınlıq gətirib.

"Elə bir elmi sübut yoxdur ki, gündəlik baş yuyulması zərərli olsun.

Zərər saçlar üçün yuyucu və qulluq vasitələrinin səhv seçilməsindən olur.

Əgər zərərli şampun, gel istifadə olunsa, hər gün baş yumaq dərinin səthindəki protein və lipidləri yuyub apararaq, təbii bioplyonkanın, başın baryerinin pozulmasına səbəb olacaq.

Bu zaman Malassezia göbələyi aktivləşir, başda kəpək yaranır, nəticədə saçlar qırılıb tökülür.
Saçları məhv edən digər amil saraldılması, rənginin açılması, rənglənmə və isti fendir.

Əgər hər gün saçları yumaq məcburiyyətindəsizsə, onları çox isti, qaynar su ilə yumayın. Yuduqdan sonra soyuq su ilə yaxalayın.

Hamamdan çıxan kimi saçları burub büküb dəsmal altında sıxmayın. Yaş saçlar daha tez mexaniki zədələnir".

Aygün Musayeva