"Hər gün bol-bol qucaqlaşın" - Alimlərdən evli cütlüklərə TÖVSİYƏ

  • 29 İyl 2021 17:22
  • 1366 Baxış
"Hər gün bol-bol qucaqlaşın" -  Alimlərdən evli cütlüklərə TÖVSİYƏ
Evli cütlüklərə qucaqlaşmaq intim münasibətdən daha vacibdir

Evli cütlük və birgə yaşayan sevgililər nə qədər çox qucaqlaşsalar, bir o qədər münasibətləri möhkəm olar.

Medicina.az xəbər verir ki, ABŞ psixoloqlarının bu barədə son elmi araşdırmalarının nəticəsi Social and Personal Relationships elmi dərgisində çap olunub.

Onlar 184 nəfər cütlük üzərində psixoloji eksperiment aparıblar.

Hər cütlükdən ayrılıqda gündəlik həyatda bir-birlərinə nə qədər fiziki təmas etdiklərini, toxunduqlarını, qucaqladıqlarını və sevgilərini hansı toxunuşla bildirdiklərini öyrəniblər.

Evli cütlüklər ailə həyatından razı olub-olmadıqlarını da şkala üzrə qiymətləndiriblər.

Cavabların analizi göstərib ki, hətta başqa adamın əlinin bədəninə dəyməsini xoşlamayan və fiziki kontaktdan qaçan insanlar ər və ya arvadından zərif və qayğılı toxunma gözləyir və bu toxunmalar nə qədər çox, mütəmadi olarsa, cütlüklər bir-birinə bir o qədər mehriban olub bağlanır.

Kişilər üçün arvadın onu qucaqlaması, nəvaziş və sığallama yorğunluqdan xilas olmaq və sani tortun üzərindəki bircə çiyələk kimi eksklüziv hisdir. Qadınlar üçünsə qucaqlama nikahın və sevginin əsas simvoludur, nəinki seks və bunsuz xoşbəxt olmaq mümkün deyil.

Ona görə ailədə cütlüklər bir-birinə yataqdan kənar və heç bir intim əlaqə güdmədən nə qədər çox nəvaziş edib qucaqlasa, bir o qədər nikahları möhkəmlənər və xoşbəxt olarlar.