Hər gün dondurma yemək olarmı?

  • 2024.05.29 16:27
  • 1056 Baxış
Hər gün dondurma yemək olarmı?
Bir qab dondurmadan alınan kalorini 2-3 saat idman məşqi və ya fiziki işlə yandırmaq olar.


“Medicina” xəbər verir ki, dietoloq Ancelika Dyuval dondurmanın normasını açıqlayıb.

“Dondurma ən yüksək kalorili, şəkərli qidadır.

Kiçik bir dondurmada 400 kalori var. Əgər siz qida qəbulu ilə yanaşı
dondurma yesəz, bu artıq 1000 kaloridir.

Dondurmanı hər gün yemək olmaz.

Gündəlik norma 50 qramdır.

Artıq çəki, piylənmə, diabeti olanlar dondurmanı həftədə 1 dəfə yeyə bilər.
Dondurma alarkən əlavə süni dadlandırıcı, rənglər və konservantlar olmamasına diqqət yetirin.

Dondurmanı günün birinci yarısı yemək lazımdır.
Kalorini yandırmaq üçün idman edin”.


Aygün Musayeva