Hər gün duzlu xiyar yesəniz nə baş verər? – Həkim açıqladı

  • 2023.09.26 17:48
  • 2255 Baxış
Hər gün duzlu xiyar yesəniz nə baş verər?  – Həkim açıqladı

Marinad edilmiş xiyar heç də təzə xiyardan geri qalmır və fermentləşdirilmiş qida hesab olunur.

Adətən onu qəlyənaltı və salatlarda istifadə edirlər. Amma gündə 1-2 ədəd sadəcə duzlu xiyar yemək orqanizmə faydalıdır.

“Medicina” xəbər verir ki, həkim Vasilisa Ponomaryova duzlu xiyarın vitamin mineralla zəngin olduğunu deyir.


“Xiyar K vitamini ilə zəngindir, sümük və qanın laxtalanması üçün vacibdir. Eləcə də C vitamin var, immuniteti möhkəmləndirir.

Az da olsa A vitamini dəri və gözlər üçün faydalıdır.

Duzlu xiyar çox az kalorilidir, cəmi 10 kkal var. Bu isə arıqlamaq üçün ideal qəlyanaltıdır.

Duzlu xiyar bağırsaq və immunitet üçün vacib probiotik-faydalı bakteriyalarla zəngindir. Laktobakteriyalar bağırsaq mikroflorasını zənginləşdirir.

Amma satışda olan konservantlı xiyarda bunlar olmur. Ən yaxşısı ev şəraitində qoyulmuş duzlu xiyar seçin.

Duzlu xiyar əzələ spazmını götürür, ürəyin işini yaxşılaşdırır, çünki kaliy və natriylə zəngindir.
Xüsusən əzələ qıcolması olanlar, idman məşqləri edənlər məşqdən sonra 2 ədəd xiyar yeyə bilər.


Diabet xəstələri üçün də duzlu xiyar faydalıdır, çünki qanda şəkəri salır.

Eləcə də yeməyə iştah çox olanda qara çörəklə duzlu xiyar iştahı azaldır.

Aygün Musayeva