Hər gün duzlu yeyənləri nə gözləyir?

  • 2024.03.14 15:45
  • 613 Baxış
Hər gün duzlu yeyənləri nə gözləyir?

Hər gün duzlu qidalar, şoraba yemək orqanizmə faydalıdırmı?


"Medicina" xəbər verir ki, duza qoyulmuş kələm, xiyar, pomidor fermentləşdirilmiş ərzaqlar kimi orqanizmə xeyirlidir.

Onlar A, K, kalium,fosfor, fol turşusu mənbəyidir.

Həmçinin onlarda neta karotin antioksidantı diabet və ürək xəstəliklərinin qarşısını alır.

Buna baxmayaraq, onları hər gün yemək olmaz.

Orqanizmdə natrium çoxalır, nəticədə təzyiq yüksəlir, ödem, toxumalar şişir, qaraciyər və böyrəklərə təzyiq düşür, sümüklərin əriməsi başlayır, qida borusu və mədə xərçəngi riski artır.

Təzyiq və şəkər xəstələri ümumiyyətlə birdəfə 50 qramdan artıq şoraba yeməməlidir. Şoraba yedikdən sonra susama normaldır, maye qəbul etmək lazımdır ki, böyrəklər artıq duzu xaric edə bilsin.

Aygün Musayeva