Hər gün xiyar yeyənləri nə gözləyir?

  • 2022.07.06 14:53
  • 2825 Baxış
Hər gün xiyar yeyənləri nə gözləyir?

Həkimlər hər gün xiyar istehlak etməyin faydalarını açıqlayıb.

Bakupost.az xəbər verir ki, 90% sudan ibarət olan xiyar superərzaq hesab edilir.

Bəs əgər orqanizmə hər gün xiyar qəbul edilsə nə baş verər?

Aşağı kalorili olması imkan verir ki, insan həm çəki itirsin, həm bədəndəki ödem götürülsün, həm də yayda su ilə tələbat ödənsin.

Onun köməyilə qanda şəkər optimal səviyyədə qalır, qan damarlarının vəziyyəti yaxşılaşır.

Xiyar sevənlər az halda hipertoniyadan əziyyət çəkir, ürək xəstəliklərinə az tutulur. Çünki xiyar damarları genişləndirir, sağlamlaşdırır.
Xiyar qabığı kukurbitasinlə zəngindir. Bu maddə aterosklerozun və xolesterinin qarşısını alır. Əgər müntəzəm hər gün xiyar yeyilsə, damar divarları təmiz qalar.

Eləcə də xiyar həzm orqanlarının işini təmizləyir. Orqanizmin su balansını tənzimləyir.