Hər gün yeyilən bu 3 qida xərçəngə - səbəb ola bilər

  • 2022.01.06 19:18
  • 2904 Baxış
Hər gün yeyilən bu 3 qida xərçəngə   - səbəb ola bilər

Bəzi qidalar gün ərzində 2-3 dəfə masamızda və menyumuzda olur. Alimlər insanların hər gün yediyi və xərçəng riskini artıran 3 qidanı açıqlayıb.


Medicina.az həmin qidaları təqdim edir. Bir çoxları bunları səhər yeməyində qəbul edir ki, bu daha da təhlükəlidir.

- Dağ edilmiş yağda qızardılmış ət və ət məhsulları

Bu qidaların tərkibində 2A sinfindən olan kanserogen maddə olur. Bunlara yağda bişmiş perojki, hamburger, toyuq qanadları, yağda qayğanaq aiddir.

- Şoraba, turşu

A2 sinfindən kanserogen siyahısına daxildir. Marinadlaşdırılmış, konserv tərəvəzlər mədədə zülalla, ətlə qarışanda nitrozamin adlı kanserogen maddə əmələ gəlir. Şorabaları ətlə yeməyin, onları ayda 1-2 dəfə yesəniz kifayət edər.

- Termiki işlənmiş, hisə verilmiş ət

Kolbasa, bekon, vetçina, sosis, hisə verilmiş toyuq, ət, konservlər – nitrit natriylə zəngindir. 1-ci dərəcəli kanserogen maddələrdir.