Hər il 500 min qadının öldüyü xəstəliyi SAÇ BOYASI YARADIRMIŞ

  • 2017.10.24 14:00
  • 15879 Baxış
Hər il 500 min qadının öldüyü xəstəliyi   SAÇ BOYASI YARADIRMIŞ
Saçlarını mütəmadi olaraq boyayan qadınlar, saç rəngindən istifadə etməyənlərə nisbətən daha çox süd vəzi xərçənginə yoluxurlar.


Medicina.az xəbər verir ki, bu, Finlandiyada aparılan araşdırma nəticəsində məlum olub. Araşdırmanın rəhbəri Kefah Mokbel kosmetika firmalarının "ən az 4-6 həftədən bir saçlarınızı boyayın” kimi tövsiyələrinin yersiz və məntiqsiz olduğunu vurğulayıb. Professorun sözlərinə görə, kimyəvi saç boyalarındansa, saçı rəngləndirən xına kimi təbii vasitələrdən istifadə etmək daha doğrudur.


Qeyd edək ki, qadınlar arasında daha çox yayılan süd vəzi xərçəngi ilə dünyada 2 milyon qadın mübarizə aparır, təxminən 500 min qadın isə bu savaşı uduzur.