Hər xəstəxanaya rezident göndərmək olmaz

  • 2023.01.25 15:08
  • 1609 Baxış
Hər xəstəxanaya rezident göndərmək olmaz

Azərbaycanda rezidentlərin çalışması üçün ayrılan xəstəxanaların sayı azaldılacaq.

"Medicina" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar olub.


“Hər xəstəxanaya rezident göndərmək olmaz. Əvvəl bu məsələ ilə bağlı 31 xəstəxana nəzərdə tutulmuşdu. Həmin say azaldılacaq. İmkanları məhdud olmayan xəstəxanalar rezidentləri qəbul etməlidir”, - deyə o qeyd edib.