Hərbçilər arasında COVID-19-a yoluxma yoxdur

  • 2020.12.17 18:13
  • 1471 Baxış
Hərbçilər arasında COVID-19-a yoluxma yoxdur

Müharibə dövründə və hazırda hərbi qulluqçular arasında COVİD-19 virusuna yoluxma halı qeydə alınmayıb.

Bunu Müdafiə NazirliyininTibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov deyib.

O bildirib ki, bununla bağlı Müdafiə Nazirliyi, TƏBİB və Səhiyyə Nazirliyi arasında sıx əməkdaşlıq olub:

"Görülən tədbirlər nəticəsində müharibə zamanı və hazırda hərbi qulluqçular arasında COVID-19 infeksiyasına yoluxma faizi sıfıra bərabərdir. Hazırda yaralılar arasında da yoluxma halı qeydə alınıb. Müdafiə nazirliyinin tibbi personalı yaralılara 24 saat faziləsiz xidmət edir".