Hərdən duzlu su için - Həkim səbəbi aqıqladı

  • 2022.09.05 15:11
  • 1645 Baxış
Hərdən duzlu su için  - Həkim səbəbi aqıqladı


İnsan arada duzlu içməlidir.


"Medicina" xəbər verir ki, bu sözləri tanınmış həkim Lidiya Soprun deyib.

Yüngül duzlu su tərlə orqanizmdən çıxan mikroelementlərin bərpası üçün lazımdır.


Orqanizm üçün gündüz su norması 2 litrdir (bura qidalardakı su da daxildir).

Lakin isti havada tərlə bədəndən duz çıxır. Eləcə də insan adi suyu çox içdikcə, bu su bədəndən intensiv olaraq duzu, mikroelementləri də yuyur.


Ona görə balansı tənzimləmək üçün arada azca duz qatılmış su içmək vacibdir.

Belə su duzlu təbii mineral sular da ola bilər.


Hipertoniya və ürək xəstəliyində isə əksinə duzu azaltmaq lazımdır.

Aygün Musayeva