Hətta ən kiçik fibroadenoma belə qorxulu ola bilər - Mammoloq

  • 2022.08.22 16:03
  • 1673 Baxış
Hətta ən kiçik fibroadenoma belə qorxulu ola bilər  - Mammoloq

Süd vəzilərində fibroadenomalar qadınlarda 17-35 yaş arası aktiv yarana bilir.


"Medicina" xəbər verir ki, mammoloq onkoloq Danail Fazliev bu adenomaların təhlükəli olub-olmamasından danışıb.

"İlk baxışdan zərərsiz görünən bu düyünlər xoşxassəli xarakterizə olunsa da, onların gələcəkdə xərçəngə çevrilmə ehtimalı çoxdur.

Biz bilmirik nə qədər qadında nə qədər fibroadenoma var. Belə şişlər adətən heç bir şikayət vermir. Müayinədə təsadüfi aşkarlanır.

Mammoqrafiya dəqiq göstərir. Bəzən düyünü əl altında hiss etmək olur. O, möhkəmdir, ətraf toxumaya birləşməyib, hərəkətlidir.
Əgər şiş böyüyübsə, diskomfort, ağrı, süd vəzidə deformasiya hiss olunur.

Süd giləsindən axıntı gəlirsə, deməli o artıq xassəsini dəyişib.

Xərçəng şişlərini fibroadenomadan fərləndirmək çətindir. Xərçəng artıq maskalanmağı öyrənib. Ona görə istənilən şübhə zamanı biopsiya vacibdir" - deyə həkim bildirib.


Əgər əməliyyat mümkündürsə, istənilən ölçüdə fibroadenimaları kəsmək daha doğrudur, nəinki saxlamaq.


Aygün Musayeva