Bu gün sadəcə peşə bayramı deyil. Bu gün insan həyatına toxunan, ağrıya şərik olan, ümid verən insanların günüdür.
Medicina.az xəbər verir ki, bu sözləri tanınmış həkim nefroloq Barat Yusubov peşə bayramı günü ilə bağlı paylaşımında deyib.
"Ağ xalatın arxasında gecəsini gündüzünə qatan həkimlər, tibb bacıları, feldşerlər, laborantlar, texniki işçilər və bütün səhiyyə əməkdaşları dayanır. Onlar bəzən öz ailələrindən uzaq qalaraq başqa ailələrin sevincinə səbəb olurlar. Bəzən bir təbəssümlə xəstəyə ümid verir, bəzən də ən ağır anlarda insanlara dayaq olurlar.
Bu peşə sadəcə iş deyil. Bu peşə vicdan, mərhəmət, səbir və fədakarlıqdır.
Bu gün sağlamlığı keşiyində duran, insan həyatını hər şeydən üstün tutan bütün tibb işçilərinə sonsuz təşəkkürümü bildirirəm. Sizlərin hər biriniz cəmiyyətimizin ən dəyərli insanlarısınız.
Həyatını itirmiş səhiyyə qəhrəmanlarımızı dərin ehtiramla yad edir, hazırda xidmət göstərən bütün həmkarlarıma möhkəm can sağlığı arzulayıram".
Aygün M.
medicina.az