Heyvan zülalları xərçəngə səbəb olur – SİYAHI

  • 2023.05.04 15:30
  • 1195 Baxış
Heyvan zülalları xərçəngə səbəb olur  – SİYAHI
Heyvan zülallarının azaldılması xərçəngin qarşısını ala bilər.

“Medicina” xəbər verir ki, onkoloq Yuliya Vaxabovanın sözlərinə görə, siqaret çəkənlərdə xərçəng riski yüksəlir. Çünki onun tüstüsü güclü kanserogen təsirə malikdir. Bu təsir nəticəsində bədən hüceyrələri bədxassəli mutasiyaya məruz qalır.

“Siqaret təkcə ağciyər xərçəngini deyil, digər xərçəng növlərinin də yaranmasına səbəb olur.

Heyvan zülallarının qida rasionunda orta və ya minimuma endirilməsi bu riskin yaranmasının qarşısını alır”.

Həkim ət zülallarının miqdarına nəzarət etməyi, hər gün ət yeməməyi məsləhət görür.

“Bu, həm də mədə - bağırsaq traktında şişlərin əmələ gəlməsinin qarşısını alır. Bu həm də balıq, quş əti və bitki məhsullarına da aiddir.

Alkaqol qəbuluna nəzarət etmək vacibdir. Gün ərzində 50 qram spirtli içki içmək olar. Bundan artıq içki qəbulu, qaraciyər və bağırsaq xərçəngi riskini artırır.

Günəş şüalarına məruz qalmaq - melanoma -dəri xərçəngi riski daha da artır. Həddindən artıq günəş vannası kanserogen rolunu oynayır.

Xüsusi qorunma olmadan günəş vannası 15 dəqiqədən artıq olmamlıdır".

Aynurə Məmmədova