Həzmi asanlaşdırır, qastriti sağaldır... – Şəfalı bitkinin FAYDALARI

  • 2018.03.27 13:06
  • 30906 Baxış
Həzmi asanlaşdırır, qastriti sağaldır... – Şəfalı bitkinin  FAYDALARI
Əməköməci ölkəmizdə bol miqdarda yetişən şəfalı bitkilərdən biridir. Bəs onun faydalarından xəbərdarsınızmı? Ailem.az əməköməci bitkisinin sağlamlığa faydaları və istifadə formalarını diqqətinizə çatdırır.


Əməköməci arıqlamağa kömək edir. Mədə problemlərini aradan qaldırır, astmadan və bronxit sağlamlığını qoruyur, bəlğəmi aradan qaldırır, bağırsaqları, dərini təmizləyir, iltihabı götürür. Həmçinin sidik yolu infeksiyasının və böyrək daşı yaranmasının qarşısını alır, yuxu keyfiyyətini artırır.

 


Saç sağlamlığında əməköməci


Əməköməcinin faydaları arasında ilk olaraq saç sağlamlığını qorumağı gəlir. Saç diblərindəki qaşıntı və həddindən çox yağlanma üçün əməköməci əla bir müalicə vasitəsidir. Əməköməcini 2-3 dəqiqə qaynadaraq saçlarınıza vura bilərsiniz. Bu üsul həm parlaq və yumşaq saçlara sahib olmanızı təmin edəcək, həm də çox yağlanma və qaşıntını aparmağa kömək edəcək. Əməköməci eyni zamanda saçlarınızın sağlıqlı və sürətli uzanmasına da yardımçı olur. 


Dəri gözəlliyində əməköməci


Dərinizdə şişmə, yara, yanıq kimi problemlər varsa, əməköməci ilə sağalda bilərsiniz. Belə ki, əməköməci bitkisini qaynadaraq, dərinizdəki proplemli yerin üzərinə qoyun. Əməköməci dərinizin təzələnməsini təmin edəcək və hüceyrələrin immunitetini artıracağı üçün zərərli yerləri sağaldacaq.


Mədə və bağırsaq problemləri


Həkimlərin bildirdiyinə görə, xüsusilə qastrit probleminə fayda verən əməköməci mədə narahatlıqlarını aradan qaldırır. Mədə bulantılarınız və qusmanız varsa əməköməçi imdadınıza yetişə bilər. Mədə və bağırsaq sağlamlığınız üçün əməköməci bitkisini qaynadaraq istifadə edə bilərsiniz. Bu bitki bağırsağınızın da yaxşı çalışmasına kömək edəcək. Həzmi asanlaşdırır və həzm sisteminizin yaxşılaşmasını təmin edir. Bağırsaq fəaliyyətinizdəki bu hərəkətlənmə arıqlamağınıza da yardımçı olacaq.


Nəfəs yolu müalicəsində


Əməköməcinin faydaları arasında yuxarı nəfəs yolu problemlərinə fayda verdiyi də məlumdur. Astma, bronxit kimi yuxarı tənəffüs yollarının rahatlanması üçün seçim edəcəyiniz təbii bir vasitədir. Əməköməci eyni zamanda soyuqdəyməyə faydalıdır, badamcıqlardakı iltihablanmanı aparır, öskürəyi yüngülləşdirir və bəlğəmı azaldır.


Nəfəs yolları üçün istifadə edəcəyiniz əməköməcini payız aylarında yığaraq yarpaq və çiçəkləri ilə birlikdə günəşdə qurutmalısınız.


İstifadə etmək istədiyinizdə gündə ən çox 3 stəkan əməköməci çayı içə bilərsiniz. 1 xörək qaşığı əməköməci bitkisini 1 stəkan suda 15 dəqiqə dəmləyin və için.(ailem.az)