Hicama və zəli müalicəsi edən həkim həbs edildi

  • 2020.02.20 16:05
  • 7019 Baxış
Hicama və zəli müalicəsi edən həkim həbs edildi
Hicama,zəli, bel və boyun yırtığı müalicələri ilə məşğul olan həkim həbs edilib.

Medicina.az xəbər verir ki, B.K adlı həkim gözəllik salonu açaraq adı çəkilən xidmətlərlə məşğul olub. O, salonun qapısına bu haqda elan vurduqdan sonra Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri araşdırma aparıb.

Məlum olub ki, həmin həkimin tibb təhsilini alması barədə heç bir diplomu yoxdur. Ona sənədləri təqdim etməsi üçün müddət verilsə də, diplom təqdim edilməyib. Özünə həkim deyən şəxs Gürcüstanda tibb təhsili aldığını idda edib.