Hindistan ştammı nə dərəcə təhlükəlidir? - VİDEO

  • 2021.04.09 13:18
  • 1382 Baxış
Hindistan ştammı nə dərəcə təhlükəlidir? -  VİDEO
Koronavirusun Hindistan ştammı Britaniya ştammı qədər təhlükəli deyil.

Medicina.az xəbər verir ki, bunu "ARB 24”ün "İşgüzar səhər” verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, virusun Hindistan ştammı ilə bağlı dəqiq elmi tədqiqat olmasa da, aidiyyəti qurumlar artıq bu barədə xəbərdarlıq yayıb.

Həmçinin alim virusa yoluxmanın qarşısını ikinci nəsil peyvəndlərlə almağın mümkün olacağını bildirib:

"Pandemiya bir neçə ay ərzində bitəcək proses deyil. Hazırda mövcud olan peyvəndlərdən sonra virusa yoluxma riski yenə qalır. Bunun qarşısını tam alan isə ikinci nəsil peyvəndlər olacaq. Yəni dünyanın virusdan qurtulması ikinci nəsil peyvəndlərlə bağlı olacaq. Bu isə bir az vaxt tələb edə bilər”.