Hindistanda 350 nəfər naməlum xəstəliyə yoluxdu

  • 2020.12.07 10:42
  • 924 Baxış
Hindistanda 350 nəfər naməlum xəstəliyə yoluxdu

Hindistanın cənubundakı Andhra-Pradeş ştatında 350-dən çox şəxs naməlum xəstəliyə yoluxaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onlardan biri vəfat edib.

Naməlum xəstəlik Eluru şəhərində qeydə alınıb. Həkimlər aparılan müşahidə və təhlillərə baxmayaraq, xəstəliyin mənşəyini və növünü müəyyən edə bilməyib.

Son məlumatlara görə, yoluxanlardan 180 nəfəri sağalıb. 160 nəfərin müalicəsi davam edir.