Hindistanda koronavirus kəskin artdı - Maska məcburi oldu

  • 2023.12.19 11:03
  • 715 Baxış
Hindistanda koronavirus kəskin artdı -  Maska məcburi oldu
Hindistanın Karnataka ştatında koronavirusa yoluxma hallarının artması səbəbindən 60 yaşdan yuxarı insanlar üçün maskaların taxılması məcburi olub.


Medicina.az xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti Karnataka hökumətinin sərəncamına istinadən məlumat yayıb.

Qonşu Keralada COVID-19-a yoluxma hallarında artım, eləcə də koronavirusun “pirola” (BA.2.86) variantına yoluxma halları aşkar edildikdən sonra Karnataka rəhbərliyi bu kateqoriyadan olan vətəndaşlar üçün maska ​​taxmağı məcburi etmək qərarına gəlib.

Ötən həftə Keralada yoluxma hallarının sayı üç dəfə artıb və bu ştatda dekabrın 1-dən 17-dək 10 nəfər koronavirusdan ölüb. Ümumiyyətlə, Hindistanın bu bölgəsində gündəlik yoluxmaların sayı 300-dən çoxdur.